XƏDİCƏ BİNT XÜVEYLİD

Məhəmməd peyğəmbərin birinci xanımı olmuşdur. Qüreyşlilərdən olan Xədicə Məhəmməd peyğəmbərin həyatında müstəsna rol oynamışdır. Xədicə Məhəmmədlə evlənməzdən əvvəl iki dəfə evlənmişdir. Onun birinci əri olmuş Atiq ibn Əyizdən Xədicənin bir qızı olmuşdur. Əri dünyasını dəyişdikdən sonra o, Təmim qəbiləsindən olmuş Əbu Haləyə ərə getmişdir. İkinci evlilikdən onun bir oğlu və iki qızı dünyaya gəlmişdir. Əbu Halənin ölümündən sonra Xədicə, hələ peyğəmbər olmamış Məhəmmədə ərə getmişdir. Rəvayətlərə görə, Xədicə ticarət işlərini ilə məşğul olan varlı bir qadın olmuşdur. Bu məqsədlə o, Suriyaya öz muzdlu adamlarını göndərirdi. Məhəmməd də onlardan biri olmuşdur. O, Suriyaya Xədicənin qulluqçusu Məysərə ilə birlikdə getmişdir. Orada özünü ən yaxşı tərəfdən göstərə bilmiş Məhəmməd qarşısında olan tapşırığı uğurla yerinə yetirmiş, Xədicəyə böyük gəlir qazandıra bilmişdir. Məysərə Məhəmmədin dəyərli, yüksək əxlaqlı və sağlam düşüncəli bir insan olduğunu Xədicəyə xəbər vermişdir. Bundan sonra Xədicə təmsilçinin vasitəsi ilə Məhəmmədə onunla evlənmək təklifini çatdırmışdır. Məhəmməd də bu təklifi qəbul etmişdir. Məhəmmədin əmisi Əbu Talib, Xədicə üçün elçi getmiş, onların toyunu öz evində etmişdir. Bir çox qaynaqlara görə o zaman Xədicənin 40, Məhəmmədin isə 25 yaşı olmuşdur. Onların bu evlilikdən Fatimə, Ümm Gülsüm, Zeynəb və Ruqiyyə adlı qızları, eləcə də Qasım və Abdullah adlı oğulları doğulmuşdur. İslam ənənəsinə görə Xədicə Məhəmmədin peyğəmbərliyini tanımış ilk insan olmuşdur. O, hər şeydə ərini dəstəkləyərək onun mənəvi dayağına çevrilmişdir. Məhəmməd Xədicəni sevmiş, onu ən yaxşı qadın adlandıraraq həyatının sonuna qədər yad etmişdir. Xədicənin ölümünə qədər onun başqa xanımlarla evliliyi olmamışdır. Xədicə Məhəmmədin peyğəmbərliyinin onuncu ilində Məkkədə vəfat etmişdir.
XATİB
XƏLİFƏ
OBASTAN VİKİ
Xədicə binti Xüveylid
Xədicə binti Xüveylid (VI əsr, Məkkə – 619, Məkkə) — Məhəmmədin ilk və sağlığında yeganə həyat yoldaşı. Fatimənin anası. Xədicə, Məhəmmədin ilk xanımı və ilk Müsəlman qadındır. Ümmül Möminin adıyla məşhurdur. O, Qüreyş əşrəflərindən Xüveylid ibn Əsəd ibn Əbdülüzza ibn Kusayın qızıdır. Anası Əmir ibn Lüeyin övladlarından Fatimə binti Zaidətül-Üsamdır. Cahiliyyət dövründə ona "Tahirə" deyilirdi. Məhəmməd ona "Kübra" ləqəbini vermişdir. Xədicə besətdən əvvəl Məhəmmədlə evləndi. Məhəmmədin İbrahim xaricindəki bütün uşaqları ondan dünyaya gəlmişdir.
Xədicə

Bint Cubeyl
Bint Cubeyl (ərəb. بنت جبيل‎) — Livanın Nəbtiyyə bölgəsində yerləşən yaşayış sahəsidir. == Haqqında == Bu şəhər 9,10 kvadrat kilometr əraziyə və 30 min əhaliyə malikdir.
Həzrəti Xədicə
Xədicə binti Xüveylid (VI əsr, Məkkə – 619, Məkkə) — Məhəmmədin ilk və sağlığında yeganə həyat yoldaşı. Fatimənin anası. Xədicə, Məhəmmədin ilk xanımı və ilk Müsəlman qadındır. Ümmül Möminin adıyla məşhurdur. O, Qüreyş əşrəflərindən Xüveylid ibn Əsəd ibn Əbdülüzza ibn Kusayın qızıdır. Anası Əmir ibn Lüeyin övladlarından Fatimə binti Zaidətül-Üsamdır. Cahiliyyət dövründə ona "Tahirə" deyilirdi. Məhəmməd ona "Kübra" ləqəbini vermişdir. Xədicə besətdən əvvəl Məhəmmədlə evləndi. Məhəmmədin İbrahim xaricindəki bütün uşaqları ondan dünyaya gəlmişdir.
Xədicə (ad)
Xədicə — qadın adı. Ərəb mənşəyi addır. Xədicə — Məhəmməd peyğəmbərin həyat yoldaşı. Fatimənin anası. Xədicə Sultan xanım — Azərbaycan şairəsi Xədicə Abbasova — Müğənni. Filmlərdə mahnı ifa edən. Xədicə Qayıbova — ilk azərbaycanlı pianoçulardan biri. Xədicə Qazıyeva — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının Əməkdar artisti. Xədicə Əlibəyova — Azərbaycan maarifpərvəri, publisist, naşir, Azərbaycanda ilk qadın redaktor. Xədicə İsmayılova — Azadlıq Radiosunun Bakı bürosunun jurnalisti Digər Xədicəgülü — zanbaqçiçəklilər sırasının nərgizçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Xədicə Abbasova
Xədicə Abbasova (1957, Bakı) — Azərbaycan müğənnisi. Xədicə Abbasova 1957-ci ildə Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra Mahnı teatrına solist kimi dəvət olunub. 1994-cü ildən Türkiyədə yaşayır. Bəstəkar Emin Sabitoğlunun həyat yoldaşıdır. Evləri köndələn yar (film, 1982) Bəyin oğurlanması (film, 1985) Emin Sabitoğlu (film, 2002) "Güllər" – (musiqisi E. Sabitoğlunun, sözləri N. Rəfibəylinin) "Qatar", "Gecə", "Leyla", "Alagözlüm", "İllər", "Bu gecə".
Xədicə Aslan
Xədicə Aslan (20 fevral 1962, Sivas) — Türkiyə aktrisası. Hatice Aslan 20 fevral 1962-ci ildə Sivasda doğulmuşdur. Uşaqlığı Sivasdakı Qazı Burhanəddin məhəlləsində keçmişdir. 9 uşağın altıncısıdır. Sivas liseyində oxuyub. Atası Xəlifə Aslan dövlət dəmir yollarında işləyirdi, əslən Malatyanın Kuluncak qəzasına bağlı Darılı (Çörmü) kəndindəndir. Anası Rəhmə Aslan isə Sivasın Hambal kəndindəndir. 1979–1983-cü illərdə Ankara Dövlət Konservatoriyasında təhsil alıb. Konservatoriyasından məzun olduğu il Dövlət teatrına daxil olub. 1986-cı ildə İzmir dövlət teatrına köçürülüb.
Xədicə Ağayeva
Xədicə Sadıq qızı Ağayeva (25 oktyabr 1885, Daşkənd, Rusiya Türkistanı general-qubernatorluğu – 13 dekabr 1958, Bakı) — müəllim, maarifçi, Lenin ordeni laureatı Xədicə Ağayeva 1885-ci ildə Daşkənddə, Ufa türklərindən olan çar ordusunun istefadakı polkovniki Sadıq Əbdürrəhmanovun ailəsində anadan olmuşdur. O bacısı Zeynəblə birlikdə 1902-ci ildə Daşkənd gimnaziyasında təhsil almışdır. Onların ikisi də gimnaziyada əla oxumuş – Zeynəb oranı qızıl, Xədicə isə gümüş medalla bitirmişdir.. Daha sonra ali təhsil almaq məqsədilə bacıların ikisi də imperiyanın paytaxtı Peterburqa gedib. Zeynəb sənədlərini "Nəcib qızlar pansionu"nun tibb fakültəsinə, Xədicə isə o dönəmdə kübar xanımlar üçün ən nüfuzlu məktəb sayılan Nücəba Qızlar İnstitutuna verib. Xədicə müəllimlik, bacısı Zeynəb isə həkimlik üzrə təhsil almışdır. Xədicə Ağayeva 1904-cü ildə Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanı (Parlamenti) sədrinin birinci müavini Həsən bəy Ağayevlə ailə həyatı qurmuşdur. Çox keçmədən cütlüyün üç qızı olmuş: Xurşid 1905-ci, Gülrux 1908-ci, sonbeşik Nəzakət isə 1910-cu ildə dünyaya gəlmişdir. Xədicə xanım Ağayevanın həyatı və faliyyəti akademik akademik Rafael Hüseynov tərəfindən araşdırılmışdır. Akad.
Xədicə Qayıbova
Xədicə Osman bəy qızı Qayıbova (24 may 1893, Tbilisi, Rusiya imperiyası – 27 oktyabr 1938, Bakı, SSRİ) — incəsənət xadimi və Azərbaycanın ilk qadın pianoçularından biri. Xədicə Qayıbova 24 may 1893-cü ildə ailəsinin altıncı uşağı olaraq Tbilisidə dünyaya gəlmişdir. Atası torpaq idarəsində çalışan və Tbilisinin məşhur ruhanilərindən olan Osman bəy Müftizadə, anası isə XIX əsrdə burada məskunlaşan tatar əsilli Terequlovlar ailəsinə mənsub Züleyxa xanım idi. Atası qızına mükəmməl təhsil vermək arzusunda idi. Ona görə də bütün imkanlarından istifadə edərək onun Müqəddəs Nina Qızlar məktəbinə daxil olmasına nail oldu. Xədicə xanım burada orta təhsillə yanaşı, eyni zamanda mükəmməl fortepiano təhsili də aldı. 1911-ci ildə Xədicə xanım "Qızıl xaç nişanı" ilə orta təhsilini başa vurmuş, eyni zamanda professor N. Nikolayevin fortepiano sinfində xüsusi kurs keçərək Qızıl haşiyəli diploma layiq görülmüşdür. Ancaq atası, bacısı və qardaşını vərəmdən itirən Xədicə xanımın təhsili yarımçıq qalır. 1911-ci ildə buradan ayrılan 18 yaşlı Xədicə xanım Nadir Qayıbovla ailə həyatı qurdu. Onu da qeyd etmək lazımdır ki, Hüseyn Əfəndi Qayıbov həmçinin bütün Qafqazda məşhur olan Qori Müəllimlər Seminariyasında Azərbaycan bölməsinin açılmasının təşəbbüskarlarından biri olub.
Xədicə Qazıyeva
Xədicə Bahəddin qızı Qazıyeva (15 fevral 1909, Kazan – 7 iyun 1991) — Azərbaycan teatr aktrisası, Azərbaycan SSR əməkdar artisti (1964). Xədicə Bahəddin qızı Qazıyeva 1909-cu il fevralın 15-də Kazan şəhərində dünyaya göz açıb. Orta təhsilini bu şəhərdə almışdır. 1926-cı ildə Xədicə xanımı Naxçıvana işləməyə göndərirlər. Aktrisanın ilk rolu "Qaçaq Kərəm" pyesində Sirab obrazı olub. Sonra Cəfər Cabbarlının "Sevil" pyesində Edilya obrazını, Hüseyn Cavidin "Şeyx Sənan" faciəsində Xumarı oynadı. O, 200-dən çox obrazla qarşılaşmışdır. Xədicə Qazıyeva 1991-ci il iyunun 7-də vəfat edib. Xədicə Qazıyevanın qızı, Azərbaycan SSR xalq artisti Sofiya Hüseynova (1926–2015), nəvələri — xalq artistləri Rafael Dadaşov (1946–2020) və Rövşən Hüseynov da (1954) həyat yollarını sənətə bağlayıblar.
Xədicə Sultan
Xədicə Sultan xanım — XVII əsr Azərbaycan şairəsi. Xədicə Sultan (d.1465 - ö. 1500) — 8. Osmanlı sultanı II Bəyazidin qızı. Xədicə Sultan (d. 1495 - ö. 1538) — 9. Osmanlı sultanı I Səlimin qızı. Xədicə Sultan (d. 1608 - ö.
Xədicə İsmayıl
Xədicə İsmayıl, bəzən Xədicə İsmayılova (tam adı: Xədicə Rövşən qızı İsmayılova; 27 may 1976, Bakı) — Azadlıq Radiosunun Bakı bürosunun jurnalistidir. Azadlıq Radiosuna gəlməzdən öncə İsmayılova 10 il jurnalistikada çalışmış, o cümlədən bir neçə Azərbaycan qəzetində müxbir və redaktor vəzifəsində işləmişdir. "Exo", "Caspian Business News", "Eurasinaet.org", "Washington Times", "The New York Times", "BBC", "Deutsche Welle", "Voice of America" (Amerikanın Səsi) kimi kütləvi informasiya vasitələri üçün siyasi və iqtisadi mövzularda yazılar yazmışdır. Xədicə İsmayılova həm də İranda və Azərbaycanda insan hüquqları, eləcə də neft, iqtisadiyyat, daxili və regional siyasət barəsində materialların müəllifidir. Eyni zamanda Xədicə İsmayılova jurnalistika sahəsində təlimçi kimi kifayət qədər tanınır. 2001-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin Zərdabi mükafatına layiq görülmüşdür. John Aubuchon Mətbuat Azadlıığı Amerika PEN təşkilatının PEN/Barbara Goldsmith Yazmaq Azadlığı 2012-ci ildə İsmayılova Beynəlxalq Qadın Media Fondunun (International Women’s Media Foundation) Jurnalistikada Cəsarət Mükafatına layiq görülüb. Xədicə İsmayıl 2014-ci ilin dekabrın 5-də həbs olunub. Əvvəlcə ona jurnalist Tural Mustafayevin "özünü öldürmə həddinə çatdırma" maddəsi ilə ittihamı irəli sürülüb. Fevralın 13-də isə ona qarşı daha 4 maddə ilə — cinayyət məcəlləsinin (CM) 179.3.2 (mənimsəmə və israf etmə — külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə yeni ittihamlar elan edilib.
Xədicə İsmayılova

Xədicə Əlibəyova
Xədicə Əlibəyova (1884, Tiflis – 1961, Bakı) — Azərbaycan maarifpərvəri, publisist, naşir, Azərbaycanda ilk qadın redaktor. Xədicə Əlibəyova 1884-cü ildə Tiflisdə ruhani ailəsində doğulmuşdur. Atası Ələddin Sübhanquliyev ruhani olmasına baxmayaraq Xədicə Əlibəyova ilk təhsilini rus qız gimnaziyasında almış, sonra Zaqafqaziya Olginskaya Mamalıq İnstitutuna qəbul olmuşdur. Burada təhsilini davam etdirib 1907-ci ildə birinci dərəcəli mama ixtisasına yiyələnmişdir. Hüquqşünas Mustafa bəy Əlibəyovla ailə qurmuşdur. Azərbaycan qadınlarının həyatında, qadın xeyriyyə cəmiyyətlərinin işində yaxından iştirak edirdi. Qadınların öz haqlarını bilmələri və maariflənmələri məqsədilə Azərbaycanda ilk qadın məcmuəsi olan "İşıq" qəzəti işıq üzü görür. 1911-ci ildə nəşr olunmağa başlayan qəzətin (cəmi 68 nömrəsi buraxılmışdır) redaktoru Xədicə Əlibəyova, naşiri isə Mustafa bəy Əlibəyov olmuşdur. Qadınların maarif və mədəniyyətə, zaman nə qədər çətin olsa da, öz haqlarını müdafiə etməyə çağıran "İşıq" qəzətində çalışanlar da əsasən qadınlar idi. Haqsızlığa və savadsızlığa qarşı özlərinə xas bir şəkildə mücadilə etməyə çalışanlar sırasında Asiya Axundzadə, Xuraman Rəhimbəyzadə, Maral Nəbizadə, Gövhər Şövqiyyə, Səidə Şeyxzadə, Nabat Nərimanova və başqa maarifpərvər qadınlar "İşıq"ın ətrafında böyük bir ümidlə birləşmişdilər.
Xədicə gülü
Xədicə Hadızadə
Xədicə Bəyim
Xədicə Bəyim (tam adı: Xədicə Bəyim ibn Əli ibn Qara Yuluq Osman) — Ağqoyunlu dövlətinin banisi Uzun Həsənin bacısı, Ərdəbil hakimi Şeyx Cüneydin həyat yoldaşı. Xədicə bəyim Ağqoyunlu hakimi Cəlaləddin Əli bəyin ailəsində anadan olub. Ağqoyunlu dövlətinin (1468–1503/1508) banisi Uzun Həsənin bacısıdır. O, 1456-cı ildə Ərdəbil hakimi Şeyx Cüneyd ilə ailə həyatı qurmuşdur. Uzun Həsən bu evliliyə razı olmaqla Səfəvilərin dəstəyindən faydalanmağa çalışmış və onları da öz himayəsinə almışdır. Bu nigahdan onun bir oğlu - Şeyx Heydər dünyaya gəlmişdir.
Xədicə Zeynalova
Xədicə Əbdülrəhim qızı Zeynalova – bəstəkar, sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas, Almaniya "Bridge of Sound" orkestrinin bədii rəhbəri, eyniadlı cəmiyyətin yaradıcısı və sədri. Almaniyada "Harmony of sound" adlı Beynəlxalq Musiqi Festivalının yaradıcısı və bədii rəhbəri. Detmold Konservatoriyasının və Paderborn Universitetinin dosenti. Xədicə Zeynalova Almaniyada 2024-cü ilin ən yaxşı bəstəkarı seçilib. Xədicə Zeynalova Sumqayıt şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1994–1998-ci illərdə Bakı Musiqi Akademiyasının bəstəkarlıq və musiqişünaslıq fakültəsində bakalavr, 1998–2000-ci illərdə isə magistr dərəcələrinə yiyələnib. Hər iki dərəcədən də fərqlənmə diplomuna layiq görülüb. 1995–2005-ci illərdə Sumqayıt Musiqi Kollecində müəllim işləyib, musiqi nəzəriyyəsi fənnini tədris edib. 2000–2005-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim kimi çalışıb. 2005–2006-cı illərdə Almaniyanın Detmold Konservatoriyasında (Hochschule für Musik Detmold) bəstəkarlıq üzrə professor Martin Kristof Redelin sinfində təhsilini davam etdirmişdir.
Xədicə Özgener
Xədicə Özgener (1865, Saloniki, Osmanlı imperiyası – 21 fevral 1940, İzmit) ― türk məktəb müəllimi və siyasətçi, Türkiyə Böyük Millət Məclisi ilk 18 qadın millət vəkilindən (deputat) biri. O, Türkiyənin 5-ci palamentində Çankırı seçki dairəsinin millət vəkili kimi fəaliyyət göstərib. Xədicə Özgener 1865-ci ildə Osmanlı Yunanıstanının Saloniki sancağında, Şeyx Mustafa və həyat yoldaşı Fatmanın ailəsində anadan olub. O, "Qırmızı məktəb"də təhsil alıb, daha sonra isə Salonikidə yeni açılmış Qız Orta Məktəbində oxuyub. Yunan dilini bilirdi. Özgener, Cəmal bəy ilə evlənmiş və bu evlilikdən 4 uşağı olmuşdur. Xədicə Özgener 21 fevral 1940-cı ildə İzmitdə vəfat etmişdir. O, Kocaeli Şəhər Qəbiristanlığında, ərinin yanında dəfn edilmiş, daha sonralar onların məzarları İzmit Bağçeşmə qəbiristanlığına daşınmışdır. Özgener 1878-ci ilin oktyabrından 1885-ci ilin sentyabrına qədər Salonikidəki Qız Orta Məktəbində köməkçi müəllim olmuşdur. 1894-cü ilin sentyabrında o, bu vəzifəsindən istefa vermiş və 1900-cü ilin avqustunda eyni məktəbə müəllim kimi qayıtmışdır.
Fatimə bint Məhəmməd
Fatimə (ərəb. فاطمة ‎) və ya Fatimeyi-Zəhra (ərəb. فاطمة الزهراء‎) (tam adı: Fatimə binti Məhəmməd əl-Haşimi əl-Qüreyşi; ən tezi 604 və ən geci 604, Məkkə, Hicaz – 14 dekabr 632, Mədinə, Hicaz, Səudiyyə Ərəbistanı) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin birinci həyat yoldaşı Xədicədən olan qızı, Məhəmməd peyğəmbərin əmisi oğlu IV Raşidi xəlifə, şiələrin I imamı və xəlifəsi, II məsumu Əli ibn Əbu Talibin həyat yoldaşı, şiələrin II və III imamları Həsən ibn Əli və Hüseyn ibn Əlinin anası. Əhli-beytin 5 üzvündən biri. Fatimə Nəcran nəsranilərilə edilən Mübahilə günündə Məhəmmədin yanında olan yeganə qadındır. O, Əbu Bəkrə beyət etməmiş və ona qarşı çıxmışdır. Fədəkiyyə xütbəsində Fədəyin qəsbi və Əlinin xilafətini müdafiə etməsi məşhurdur. Fatimə Məhəmmədin vəfatından sonra, Cəmadiyəlaxir ayının 3-cü günü hicri-qəməri 11-ci ildə Mədinədə dünyasını dəyişib, gecə, gizlicə dəfn edilib. Fatimə məşhur ərəb qadınlarındandır. İbn Tayfur (ö.
Fatimə bint Əsəd
Fatimə bint Əsəd (az:Fatimə Əsəd qızı),(ər:فاطمه بنت اسد) — Əbu Talibin zövcəsi, Əli bin Əbu Talibin anası. == Həyatı == Fatimə bint Əsəd bin Haşim bin Əbdimənaf Qureyşi, Əbu Talib bin Əbdülmüttəlib bin Haşimin əmiqizisi və bircə zövcəsidir ki, onlardan dörd oğlan – Talib, Əqil, Cəfər, Əli və iki qız – ümmü Hani və Cəmanə yadigar qalıb. Fatimə islama iman gətirən ikinci xanım və 11-ci şəxsdir. peyğəmbər Mədinəyə hicrətindən bir az sonra Fatimə bint Məhəmməd və oğlu Əli ilə Mədinəyə yola düşüb, Quba adlı yerdə Əlinin yolunu gözləyən Peyğəmbərlə birləşmişlər. O, Mədinədəki qohumları arasında yaşadı, Əli və Fatimənin toyu, iki nəvəsi Həsən və Hüseyni görüb. Hicrətin III və ya IV ilində bəzi sənədlərə görə 60, yaxud 65 yaşında dünyasını dəyişib. Bəqi qəbiristanında dəfn olunmuşdur. == Əlini dünyaya gətirməsi == Əli bin Əbu Talib-ə hamilə olduğu zaman Kəbə təvafına çıxıb orada doğum sancısı onu bürümüşdür. Kəbə Allahını çağırıb və ondan yardım istədi, birdən Kəbə divarı ayrıldı və Fatimə kəbənin içinə keçib Əlini orada dünyaya gətirdi. == İslam peyğəmbəri == Məhəmməd peyğəmbərin ata və anasının vəfatından sonra babası Əbdülmüttəlib onun qəyyumluğunu üzərinə götürdü onunda vəfatından sonra Əbu Talib və Fatimə binti Əsəd Peyğəmbərin qəyyumluğunu üzərlərinə götürdülər.
Fövziyyə bint Fuad
Fövziyyə bint Fuad (ərəb. فوزية بنت فؤاد‎; 5 noyabr 1921 – 2 iyul 2013, İsgəndəriyyə) — Misir şahzadəsi və Məhəmməd Rza Pəhləvinin birinci həyat yoldaşı olmuşdur. Şahdan boşanandan və İsmayıl Şirin ilə 1949-cu ildə nikah bağlayandan sonra Fövziyyə Şirin kimi də tanınırdı. == Həyatı == Şahzadə Fövziyyə Misir və Sudan sultanı I Fuadın qızı idi. Fövziyyənin anası Nazlı Səbri sultanın ikinci arvadı və Misrin keçmiş baş naziri türk əsilli Məhəmməd Şərif Paşanın nəvəsi idi. Şahzadə Fövziyyə təhsilini İsveçrədə almış, ərəb, ingilis və fransız dillərində sərbəst danışırdı. Şahzadə Fövziyyənin Məhəmməd Rza Pəhləvi ilə izdivacı Rza şahın səyləri nəticəsində baş tutmuşdu və ABŞ-nın Mərkəzi Araşdırmalar İdarəsinin hesabatına görə əsasən siyasi maraqları güdürdü. Onlar 1938-ci ilin may ayında nişanlanmış olsalar da, toy gününə qədər bir birilərini görmək imkanına malik olmamışdılar. Toy mərasimi Qahirədə Abdin Sarayında 15 mart 1939-cu ildə, daha sonra isə cavan ailənin yaşayacağı Tehranda Mərmər Sarayda keçirilmişdi. 1940-cı ildə onların yeganə övladı, şahzadə Şəhnaz dünyaya gəlmişdir.
Fövziyə bint Fuad

Zeynəb bint Hüzeymə
Zeynəb bint Hüzeymə (ərəb. زينب بنت خزيمة‎; 595, Məkkə – 625, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri, möminlərin anası. Zeynəb bint Hüzeymə Bəni-Amir ibn Sasa qəbiləsinin Hilaloğulları qolundandır. O, İslamdan əvvəl və sonra yoxsullara kömək etdiyi üçün “Ümmül-məsakin” (kimsəsizlərin anası) adı ilə çağırıldı. Atası Hüzeymə ibn Haris, anası Hind bint Avfdır. Hindin 9 qızının hamısı müsəlman olmuşdur. Rəsulullah onları “mömin bacılar” adlandırırdı. Hind qızlarından ikisini – Zeynəb və Meymunəni Rəsulullaha ərə vermişdir. Onun ilk əri Tufeyl ibn Haris olmuşdur. Zeynəb Tufeyldən boşandıqdan sonra onun qardaşı Übeydə ibn Harislə evlənir [3].Bədr döyüşündə həlak olan 624-cü ildə Əmir ibn Sasa qəbiləsi Məhəmməd peyğəmbərin nümayəndələrini öldürür, buna görə də bu qəbilənin müsəlmanlarla münasibətləri kəskin şəkildə pisləşir.
Haya bint əl-Hüseyn
Haya bint əl-Hüseyn — İordaniya şahzadəsi. == Həyatı == Haya bint əl-Hüseyn 1974-cü il mayın 3-də anadan olub. Haya İordaniya kralı I Hüseynin qızı və Birləşmiş Ərəb Əmirliklərinin Vitse-Prezidenti və Baş Naziri, Dubayın hökmdarı Şeyx Məhəmməd bin Rəşid əl-Maktumun həyat yoldaşlarından biridir. O, təhsilini Britaniyada qızlar üçün Bristol badminton məktəbində, daha sonra St. Hilda kolleci və fəlsəfə, politologiya və iqtisadiyyat üzrə bitirdiyi Oksford universitetində təhsil alıb. 2004-cü il aprelin 10-da Dubay qanunları ilə Şeyx Məhəmməd bin Rəşid əl-Maktumla ailə həyatı qurub. 2007-ci il dekabrın 2-də onun ilk övladı, qızı Cəlilə bint Məhəmməd bin Rəşid əl-Maktum anadan olub. == İstinadlar == == Xarici keçidlər == Birinci xanımlar fotolarda – Haya bin al Hüseyn.